Rusiya, Çin və İran mart ayında dəniz qüvvələrinin birgə təlimləri keçirmək niyyətindədir. Bu barədə İranın Fars agentliyi İran donanmasının komandiri Şəhram İraniyə istinadən məlumat yayıb.
“Birgə hərbi təlimlər cari İran ilinin sonunadək (martın 19-da) baş tutacaq”, - agentliyin açıqlamasında bildirilir.
Nəşrin qeyd etdiyi kimi, İrani qeyd edib ki, təlimlər regional təhlükəsizlik və sabitliyi təmin etmək, həmçinin Çin, İran və Rusiyanın ümumi maraqlarını reallaşdırmaq üçün keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.