AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hakim partiya Gürcüstan prezidentini vətənə xəyanətdə ittiham edir

  • + A
  • - A
  • 15-02-2024, 22:55

    Hakim partiya Gürcüstan prezidentini vətənə xəyanətdə ittiham edir

    Gürcüstanın hakim partiyası ölkə prezidentini satqın hesab edir. İttihamlar Zurabişvilinin təhlükəsizlik konfransı üçün Münhenə səfəri ilə bağlıdır.
    “Gürcü Arzusu”nun sədri İrakli Qaribaşvili bildirib ki, prezident Salome Zurabişvili vətənə xəyanət edib və Gürcüstanın maraqlarına xidmət etmir.

    Zurabişvili fevralın 16-18-də baş tutacaq Münhen Təhlükəsizlik Konfransına dəvət alıb. Qaribaşvili hesab edir ki, dövlət başçısı hökumətin icazəsi olmadan tədbirə getməklə Gürcüstan Konstitusiyasını pozur.

    "Salome Zurabişvili partiyamızın hər bir üzvünün gözü qarşısında vətənə xəyanət edib. Bizim nöqteyi-nəzərimizdən o, dövlətimizin maraqlarına xidmət etmir. O, Konstitusiyanı bir dəfədən çox kobud şəkildə pozub və pozmaqda davam edir".

    - deyən Qaribaşvili əlavə edib ki, Zurabişvili dövlətin maraqlarına xəyanət edib, “radikal müxalifətə” qoşulub və onu kədərli tale – “böyük məğlubiyyət” gözləyir.

    Xatırladaq ki, ötən il onlar Gürcüstan prezidentini istefaya göndərmək istəyirdilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR