Amerikalı sahibkar və milyarder İlon Mask 2023-cü ildə Co Baydenin prezidentliyi başlayandan bəri ilk dəfə Ağ Evi ziyarət edib. Bu barədə NBC News ziyarətçilərin qeydlərinə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Mask 2023-cü ilin sentyabrında Ağ Evə gizli səfər edib. Ağ Evin məlumatına görə, iş adamı rəsmilərlə süni intellekt mövzusunu müzakirə edib. Lakin Mask ABŞ prezidenti ilə görüşməyib.
"Ağ Ev təsdiq etdi ki, bu, bu administrasiya dövründə Maskın yeganə səfəri olub", - NBC News bildirib.
Pentaqon süni intellekt sahəsində “silahlanma yarışını” qiymətləndirib.
Jurnalistlər xatırladıblar ki, ABŞ-a Barak Obama və Donald Tramp başçılıq edəndə Mask bir neçə dəfə Ağ Evə səfər edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.