Tbilisidə Gürcüstanın paytaxtı üçün yeni gerb və bayrağın yaradılması üçün müsabiqə elan edilib. Martın 1-dən aprelin 30-dək davam edəcək. Qalib 10 min lari qazanacaq.
Tbilisi meri Kaxa Kaladze bildirib ki, martın 1-də Gürcüstan paytaxtının yeni gerbi və bayrağının seçilməsi üzrə müsabiqə başlayacaq.
Şəhər meri qeyd edib ki, yeni gerb və bayraq “Gürcüstanın dövlət rəmzləri haqqında” qanuna uyğun olmalıdır. Bu məqsədlə komissiya təşkil edildi ki, onun tərkibinə tarixçilər, heraldistlər, rəssamlar və digər mütəxəssislər daxildir.
Qeyd olunur ki, müsabiqənin qalibi 10 min lari (təxminən 3,7 min dollar) alacaq. Kaladze ümid etdiyini bildirib ki, Gürcüstan tezliklə bütün qaydalara uyğun gələn öz simvollarını alacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.