Rusiya və İran müxtəlif sahələrdə əməkdaşlığa dair 15 sənəd imzalayıblar.
Məlumata görə, imzalanma mərasimi İran-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyasının Tehranda keçirilən 17-ci iclası çərçivəsində baş tutub.
İranın neft naziri Cavad Ovci və Rusiya baş nazirinin müavini Aleksandr Novakın iştirak etdiyi tədbirdə neft-qaz sənayesində əldə olunan nailiyyətlər və ikitərəfli əməkdaşlığın müxtəlif aspektləri müzakirə edilib.
Ovci İran və Rusiya arasında əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edərək, ölkələr arasında əməkdaşlıq mühitinin yüksək səviyyədə olduğunu qeyd edib.
Rusiyanın ən böyük kənd təsərrüfatı məhsullarının ixracatçılarından biri, İranın isə bu məhsulların idxalçısı olduğunu qeyd edən İranın neft naziri bunun iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün imkanlar açdığını vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.