AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mask Baydeni miqrantların köməyi ilə seçkilərdə güc balansını dəyişməkdə ittiham edib

  • + A
  • - A
  • 9-03-2024, 09:25

    Mask Baydeni miqrantların köməyi ilə seçkilərdə güc balansını dəyişməkdə ittiham edib


    ABŞ prezidenti Co Bayden administrasiyası və Demokratlar Partiyasının immiqrasiya siyasətindəki qərarları bu ilin noyabrında keçiriləcək prezident seçkilərində qüvvələr balansını dəyişmək üçün nəzərdə tutulub. Bu fikri amerikalı iş adamı və milyarder İlon Mask öz X hesabında qeyd edib.

    Onun sözlərinə görə, əksər amerikalılar, Birləşmiş Ştatlar Siyahıyaalmasının indi vətəndaşlığından asılı olmayaraq bütün mahal sakinlərini səsvermə məqsədi ilə saydığını bilmir.

    Mask xatırladıb ki, Senatdakı Demokratlar bu yaxınlarda Konqresdə yerlər və prezident Seçicilər Kollegiyasının səslərini bölüşdürərkən qeyri-qanuni mühacirlərin sayının yenidən hesablanmasını tələb etməyən düzəlişin ləğvi üçün yekdilliklə səs veriblər.

    Qeyri-qanuni mühacirlərin daha çox Demokratik ştatlarda yaşaması səbəbindən həm Nümayəndələr Palatasının, həm də prezident seçkilərinin təxminən 5% sola doğru dəyişməsi güc balansını dəyişməyə kifayət edir, iş adamı yazıb.

    Mask bunu hazırkı prezident Bayden administrasiyasının ölkədə rekord sayda qeyri-qanuni immiqrant saxlamasının və çox az deportasiya həyata keçirməsinin əsas səbəblərindən biri kimi göstərdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR