ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib ki, ABŞ prezidenti Co Bayden “Amerikanın Bölünmüş Dövlətləri”nin tarixində ən pis prezidentdir.
Onun sözlərinə görə, "demək olar ki, heç kim Baydenin çıxışlarına getmir", "minlərlə insan" isə onun öz tədbirlərinə toplaşır.
Tramp Baydeni debata dəvət edib ki, prezidentliyə namizədlər ölkə üçün ən vacib məsələləri müzakirə etsinlər.
Azadmedia.az xatırladır ki, ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrına təyin edilib.
Bayden hökumətin ən yüksək vəzifəsinə yenidən seçilməyə çalışacağını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.