Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri Finlandiyaya rəsmi səfərə gəlib və burada ölkə prezidenti ilə respublikanın Avropaya inteqrasiyası məsələlərini müzakirə edib.
Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Helsinkiyə səfəri zamanı Finlandiyanın rəhbəri Aleksandr Stubb ilə respublikanın Avropa İttifaqına daxil olması və regional problemləri müzakirə edib. Bu barədə məlumatı Finlandiya prezidentinin administrasiyası yayıb.
Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri hazırda Finlandiyada işgüzar səfərdədir və burada bir sıra görüşlər keçirməyi planlaşdırır. O cümlədən, Finlandiyanın xarici işlər naziri Elina Valtonen, həmçinin Avropa İttifaqı məsələləri üzrə nazirliyin rəhbəri Anders Adlerkreutz və parlament komitəsinin üzvləri ilə görüş keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.