AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə Ərdoğanın 12 ildən sonra ilk İraq səfərinə hazırlaşır

  • + A
  • - A
  • 13-03-2024, 16:20

    Türkiyə Ərdoğanın 12 ildən sonra ilk İraq səfərinə hazırlaşır

    Türkiyə dövlət başçısı 2012-ci ildən bəri ilk dəfə İraqa səfərə hazırlaşır. Səfər yaxın ay yarım ərzində baş tuta bilər.
    Türkiyə və İraq prezident Rəcəb Tayyib Ərdoğanın İraqa gözlənilən səfərini müzakirə edir. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat verib.

    "Sabah İraq Xarici İşlər Nazirliyində həmkarlarımızla görüşlər keçirib, ikitərəfli əlaqələri müzakirə edəcəyik. Yaxın gələcəkdə baş tutacaq xarici işlər nazirlərinin görüşünə, eləcə də prezidentimizin İraqa səfərinə hazırlıq görəcəyik" – deyən şöbə müdirinin müavini Əhməd Yıldız əlavə edib ki, dövlət başçısının səfəri aprelin sonuna qədər baş tutacaq.

    Nazir müavini onu da xatırladıb ki, Ərdoğan sonuncu dəfə İraqa 2012-ci ildə baş nazir vəzifəsində çalışarkən səfər edib:

    "Həmin andan İraq rəhbərliyinin Ankaraya səfərləri olub, amma dövlət səviyyəsində deyil. İndi belə bir səfərin vaxtı çatıb".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR