NATO təşkilat rəhbərinin ötənilki hesabatını təqdim edib. Sənədin təqdimatı alyansın Brüsseldəki mənzil-qərargahında baş tutub.
NATO Cənubi Qafqaz ölkələri və Moldova ilə tərəfdaşlığa sadiqdir. Bu barədə Şimali Atlantika Alyansının baş katibinin 2023-cü il üçün hesabatında deyilir.
"NATO bu üç tərəfdaşın hər birinin ərazi bütövlüyü, siyasi müstəqilliyi və suverenliyinə dəstəyini ifadə edib. NATO Ermənistan və Azərbaycanı müxtəlif formatlarda konstruktiv qarşılıqlı fəaliyyətə çağırıb və humanitar məsələlərin həllinin vacibliyini vurğulayıb"- deyən Yens Stoltenberq qeyd edib ki, qurum bu ölkələrlə fərdi tərəfdaşlıq proqramları hazırlayaraq Azərbaycan və Ermənistanla əlaqələri gücləndirməyə çalışıb.
Hesabatda alyansa üzv olmaq məqsədi daşıyan Gürcüstana xüsusi diqqət yetirilir. Xüsusilə, respublika bu sənəddə NATO-nun ən yaxın tərəfdaşlarından biri adlandırılır.
Stoltenberq xatırladıb ki, 2014-cü ildə rəsmiləşdirilmiş “Əhəmiyyətli NATO-Gürcüstan Əməkdaşlıq Paketi” zaman keçdikcə təşkilatın müdafiə potensialının artırılması üçün ən böyük layihələrindən birinə çevrilib.
Ötən il bu paket NATO-nun Madriddə keçirilən sammitində hazırlanıb. Həmin iclasda respublikaya fərdi dəstək verilməsi qərara alınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.