Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İraqa səfəri çərçivəsində bu ölkənin baş naziri Məhəmməd Şia əl-Sudani ilə görüşüb. Bu barədə nazir sosial şəbəkədəki səhifəsində yazıb.
“Biz Azərbaycan-İraq iqtisadi əlaqələrinin hazırkı vəziyyətini və inkişafı üçün prioritetləri müzakirə etdik. Biz ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsinin və qarşılıqlı investisiyaların həcminin artırılmasının vacibliyini vurğuladıq”, - Cabbarov qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.