ABŞ prezidentliyinə namizəd Donald Tramp Müqəddəs Kitabı öz brendi altında və “Amerikanı yenidən dua etməyə məcbur et” kimi səslənən uyğunlaşdırılmış kampaniya şüarı ilə satmağa başladı. Bu barədə The New York Times (NYT) yazır.
Trampın sözlərinə görə, onun çoxlu İncilləri var, çünki bu, onun sevimli kitabıdır, ona görə də o, müqəddəs kitabı hər bir Amerika evində yerləşdirməyə hazırdır. Respublikaçı namizədin Müqəddəs Kitabı olan dəstin qiyməti 59,99 dollardır. Buraya King James Bible, Trampın səhnəyə çıxmağı xoşladığı kantri müğənnisi Li Qrinvudun mahnısının əlyazma versiyası, həmçinin Hüquqlar Bill, Beyət əhdi, Müstəqillik Bəyannaməsi və ABŞ Konstitusiyası daxildir.
Qeyd olunur ki, Tramp bu dəstləri birbaşa öz adından satmır, onların alverindən müəyyən qonorar alır.
Bundan əvvəl Tramp Ali Məhkəməyə məktub yazaraq, 2020-ci il prezident seçkilərinin nəticələrini ləğv etməyə cəhd ittihamlarına qarşı mütləq toxunulmazlığına malik olduğunu tanımağı tələb edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.