AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“İpoteka haqqında” Qanuna dəyişiklik edildi

  • + A
  • - A
  • 29-03-2024, 20:08

    “İpoteka haqqında” Qanuna dəyişiklik edildi

    Martın 29-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. Azadmedia.az xəbər verir ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “İpoteka haqqında”, Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.
    Bildirilib ki, dəyişikliklərdə ipotekaya xitam verilməsinin əsasları sırasına yeni bir halın - ipoteka saxlayanın tələbdən və ya ipotekadan imtina etməsi halının daxil edilməsi təklif olunur. Bu müddəa xüsusilə ipoteka qoyan şəxslə borclunun ayrı-ayrı şəxs olduğu hallarda meydana çıxan məsələlərin daha operativ tənzimlənməsinə imkan yaradacaq. Eyni zamanda, Mülki Məcəllənin 316-cı maddəsində müvafiq dəqiqləşdirici düzəlişin edilməsi həyata keçirilir.
    Qeyd olunub ki, Mülki Məcəlləyə əsasən, zaminlik müqaviləsi üzrə zaminin borclu ilə birgə məsuliyyəti, eyni zamanda, zaminin subsidiar məsuliyyəti mövcud ola bilər. Zaminlik müqaviləsi ilə təmin edilmiş öhdəlik üzrə zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmuşdursa və müqavilə qüvvədə olduğu müddətdə borclu şəxs vəfat edirsə, bu halda zaminin məsuliyyətinin tənzimlənməsi zərurəti yaranırdı. Təklif olunan dəyişikliyə əsasən, bu halda borclunun öldüyü gündən mirasın qəbul edildiyi günədək müddətdə zaminin məsuliyyəti dayandırılacaq.
    Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov sənədlə bağlı bu komitənin rəyini səsləndirib.
    Parlamentin komitə sədri Siyavuş Novruzov və deputat Rüfət Quliyev məsələ barədə fikirlərini bildirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR