AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistana gətirilən silahlar həqiqətən də hərbi məqsəd daşıyır

  • + A
  • - A
  • 4-04-2024, 08:29

    Ermənistana gətirilən silahlar həqiqətən də hərbi məqsəd daşıyır

    Fransanın İrəvandakı səfiri Ermənistan mətbuatına bildirib ki, Fransa KTMT üzvü olan dövlətə silah verən ilk NATO üzvü olub. Olivier Decotigny-nin sözlərinə görə, hərbi əməkdaşlıq digər sahələrdə də davam edir.
    Fransanın Ermənistandakı səfiri Parisin İrəvana silah tədarükünü şərh edib. Olivier Decotigny OTA-ya müsahibəsində müvafiq açıqlama verib.

    Diplomat izah edib ki, Fransa Şimali Atlantika Alyansı ölkələrindən ilk olaraq KTMT dövlətini silahla təmin edib.

    O əlavə edib ki, Fransa tərəfi silah tədarükü ilə yanaşı, erməni hərbçilərinin yenidən hazırlanması ilə də məşğul olur, Fransadan olan təlimatçılar Ermənistan Silahlı Qüvvələrinin nümayəndələrinin hazırlanmasına köməklik göstərir.

    Dekotini Fransanın Ermənistana silah verməsinə Azərbaycanın reaksiyasından da danışıb. O, təsdiqləyib ki, Bakının qorxuları haqlıdır - Ermənistana gətirilən silahlar həqiqətən də hərbi məqsəd daşıyır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR