AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstan parlamentində xarici agentlər haqqında qanun layihəsinin səsverməsi təxirə salınıb

  • + A
  • - A
  • 16-04-2024, 23:15

    Gürcüstan parlamentində xarici agentlər haqqında qanun layihəsinin səsverməsi təxirə salınıb

    Gürcüstan parlamentində xarici agentlər haqqında qanun layihəsinin birinci oxunuşda səsverməsi aprelin 17-nə təxirə salınıb. Bunu parlamentin sədri Şalva Papuaşvili plenar iclasın yekunlarına yekun vurarkən deyib.

    Onun sözlərinə görə, reqlamentə əsasən, plenar iclas yerli vaxtla saat 21:00-da (Bakı ilə eyni) başa çatmalıdır.

    Qanun layihəsi ilə bağlı siyasi müzakirələr yekunlaşmadığı üçün aprelin 17-də onun davam etdirilməsi, daha sonra layihənin səsə qoyulması qərara alınıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR