İraq Sərhəd Xidməti 30 ildə ilk dəfə Türkiyə ilə sərhəddə hərbi bazalar yaradıb. Bu barədə IHA agentliyi İraq mətbuatına istinadən məlumat yayıb.
O cümlədən, Türkiyə ilə sərhəddə yerləşən Zaxo rayonunun Kişini kəndində iki hərbi baza yerləşdirilib.
Son üç onillikdə İraqın Türkiyə ilə həmsərhəd bölgələrində hərbi bazaları olmayıb. Bu addım Ankara ilə Bağdad arasında sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi səyləri çərçivəsində atılıb.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 22-də İraqa səfər edib. Bu, Türkiyə prezidentinin 12 ildən sonra İraqa ilk səfəri idi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.