AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xarici agentlər haqqında qanuna görə Gürcüstanı Aİ üzvlüyünə namizəd statusundan məhrum etmək istəyirdilər

  • + A
  • - A
  • 1-05-2024, 23:07

    Xarici agentlər haqqında qanuna görə Gürcüstanı Aİ üzvlüyünə namizəd statusundan məhrum etmək istəyirdilər

    Avropa Parlamentinin (AP) üzvü Viola fon Kramon xarici agentlər haqqında qanunun nəzərdən keçirilməsi fonunda Gürcüstanı Avropa İttifaqına (Aİ) üzv olmaq üçün namizəd statusundan məhrum etməyə çağırıb. O, X sosial şəbəkəsindəki səhifəsində müvafiq mesaj dərc edib.
    Kramon etirazçılara qarşı hərəkətlərinə görə Gürcüstan hakimiyyəti üçün “konkret nəticələr” istəyirdi. Söhbət Aİ-dən maliyyələşmənin dayandırılmasından, qanunun qəbulunun lehinə çıxış edən deputatların Avropaya girişinə qadağa qoyulmasından, hakim “Gürcü Arzusu” partiyasının lideri Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqindən gedir.

    Gürcüstanda müxalifətin etiraz aksiyaları keçirilir və onlarla insan saxlanılıb.

    Eyni zamanda ölkənin baş naziri İrakli Kobaxidze müxalifətin mitinqlərinə baxmayaraq, hakimiyyətin sənədi qəbul edəcəyini bildirib. Onun fikrincə, bu, Gürcüstanı “qütbləşmədən və radikalizmdən” sığortalamağa imkan verəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR