AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təməlini yaratdı

  • + A
  • - A
  • 10-05-2024, 09:25

    Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təməlini yaratdı


    Elnurə Abuşova

    Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin doğum gününü qeyd edirik.
    Tarixə nəzər salsaq görərik ki, Heydər Əliyev ən yüksək dövlət vəzifələrində çalışdığı otuz ildən artıq bir müddətdə ümummilli lider missiyasını iki dəfə öhdəsinə götürmüşdür. Fəxrlə deyə bilərik ki, hər ikisində də zamanın çağırışlarına yaradıcı münasibət bildirməklə və düzgün qərarlar qəbul etməklə insanların ona bəslədiyi ümidləri doğrultmuşdur.
    Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təməlini yaratmış, daha sonra isə bu təməl üzərində qurulan müstəqil dövləti qoruyub saxlamış və davamlı inkişaf yoluna çıxarmışdır. Bununla da o, böyük tarixi şəxsiyyətlərimizin dövlətçilik ənənələrini layiqincə davam etdirmiş və daha da zənginləşdirmişdir.
    Heydər Əliyev dünya miqyaslı siyasi və dövlət xadimi idi. Onu dünyanın ən böyük siya-sətçiləri və dövlət adamları ilə müqayisə etmək olar. Ulu Öndər mənsub olduğu xalqı yeni minilliyə, qloballaşma əsrinə hazırlayıb çatdıran bir liderdir.
    Əminliklə deyə bilərik ki, Ümummilli Liderin başladığı möhtəşəm işlər Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Son iyirmi bir il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olmuşdur. Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilmişdir. Qloballaşan dünyada ölkəmiz güclü dövlətlər sırasında yer alıb, Qafqazda söz sahibinə çevrilib.
    Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılıb. Bu isə xalqımızın və dövlətimizin müqəddəratı ilə bağlı olan ən mühüm problemi həll etməyə imkan verib.
    Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharəti və Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzmi və rəşadəti 44 günlük Vətən müharibəsində tarixi qələbəni təmin etdi. Ötən ilin sentyabr ayında həyata keçirilmiş bir günlük antiterror tədbirləri isə Azərbaycanın suverenliyini onun bütün ərazisində bərpa etməyə şərait yaratdı. Bu böyük uğur Vətən müharibəsində əldə edilmiş Zəfərin məntiqi davamı və yekunu oldu.
    30 ilə yaxın Ermənistanın işğalı altında qalan Azərbaycan torpaqlarının azad edilməsi ilə Ümummilli Liderin ən böyük arzusu həyata keçmiş, onun başladığı tarixi missiyanın önəmli bir istiqaməti layiqincə sona çatdırılmışdır.
    Ulu öndəri rəhmət və ehtiramla anırıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR