Xarici agentlər haqqında qanun qəbul edilən zaman demokratiyanın pozulduğu müəyyən olunarsa, Amerika Birləşmiş Ştatları Gürcüstana qarşı sanksiyalar tətbiq etməyə hazırdır.
Bu barədə ABŞ dövlət katibinin köməkçisi Ceyms O`Brayen məlumat verib.
Onun sözlərinə görə, qanun Avropa İttifaqı ilə razılaşdırılmadan qəbul edilərsə və demokratiya pozularsa, dinc nümayişçilərə qarşı zorakılıq tətbiq edilərsə, ABŞ məsuliyyət daşıyanlara və onların ailələrinə qarşı məhdudiyyətlər tətbiq edəcək. Bu məhdudiyyətlər maliyyə xarakterli olacaq və ABŞ-a səyahət imkanlarına təsir edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.