Cənubi Koreya prezidenti Yoon Seok-yeol ölkənin 2045-ci ilə qədər Marsa astronavt göndərmək planlarını açıqlayıb. Phys.org portalı Agence France-Presse (AFP) xəbər agentliyinin məlumatlarına istinadən xəbər verir ki, dövlət bu və digər kosmik tədqiqat təşəbbüslərinə təxminən 70 milyard dollar xərcləyəcək.
Milli kosmik proqramların inkişafı ilə yeni yaradılmış Koreya Aerokosmik Administrasiyası KASA məşğul olacaq. Belə layihələrə Cənubi Koreya modulunun 2032-ci ilə qədər Aya enməsi daxildir.
Həmçinin, KASA Amerika NASA ilə birlikdə məqsədi 2026-cı ildə insanları Aya endirmək olan Artemis-3 missiyasında iştirak edəcək.
KASA-da tədqiqat və inkişaf proqramına NASA-da 30 il çalışmış Con Li rəhbərlik edəcək. Cənubi Koreya Aerokosmik Agentliyinin qərargahı ölkənin cənubundakı Sacheon şəhərində yerləşirdi.
2023-cü ildə Cənubi Koreya üçüncü cəhdində öz “Nuri” raketini kosmosa çıxardı və orbitə peykləri uğurla buraxdı. Seul 2025-ci ilin ikinci yarısına planlaşdırılan Nuri-nin dördüncü buraxılışına hazırlaşır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.