AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sahibə Qafarova: Bu, Azərbaycanın iqlim dəyişmələrinə qarşı mübarizədə göstərdiyi səylərin beynəlxalq ictimaiyyət tərəfindən tanınması və dəstəklənməsi deməkdir

  • + A
  • - A
  • 6-06-2024, 17:27

    Sahibə Qafarova: Bu, Azərbaycanın iqlim dəyişmələrinə qarşı mübarizədə göstərdiyi səylərin beynəlxalq ictimaiyyət tərəfindən tanınması və dəstəklənməsi deməkdir

    Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın 13-cü plenar iclasında Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a evsahibliyi etməsindən danışıb. O, deyib ki, ölkəmizin bu mühüm beynəlxalq tədbirə evsahibliyi edən ölkə kimi yekdilliklə seçilməsi Azərbaycanın iqlim dəyişmələrinə qarşı mübarizədə göstərdiyi səylərin beynəlxalq ictimaiyyət tərəfindən tanınması və dəstəklənməsi deməkdir.
    Noyabr ayında Bakıda keçiriləcək bu tədbirdə Azərbaycanın iqlim dəyişmələrinə qarşı mübarizədə qlobal həmrəyliyin təşviqinə, gələcəyimiz naminə bütün tərəfləri ümumi məqsəd ətrafında birləşdirməyə çalışacağını bildirən spiker Sahibə Qafarova xatırladıb ki, COP29 çərçivəsində Azərbaycan Milli Məclisi və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə Parlament Toplantısı da keçiriləcək. Onun sözlərinə görə, bu toplantı iqlim dəyişmələrinə qarşı mübarizədə parlamentlərimizin oynaya biləcəyi rola və ata biləcəyi addımlara dair fikir mübadiləsi aparmağa imkan verəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR