AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin sədri Sahibə Qafarovaya Belarus Dövlət Universitetinin Fəxri professoru adı verilib

  • + A
  • - A
  • 10-06-2024, 22:45

    Milli Məclisin sədri Sahibə Qafarovaya Belarus Dövlət Universitetinin Fəxri professoru adı verilib

    Bu gün Milli Məclis sədrinin Belarus Respublikasına rəsmi səfəri çərçivəsində Belarus Dövlət Universitetində elmi və tədris kollektivinin, tələbələrin iştirakı ilə mərasim təşkil olunub.
    Tədbirdə Universitetin rektoru Andrey Korol Azərbaycan parlamentinin spikerinin tərcümeyi-halı haqqında məlumat verib və Sahibə Qafarovaya Belarus Dövlət Universitetinin Fəxri professoru adı verilməsi haqqında Elmi Şuranın qərarını elan edib.
    Sonra rektor Belarus Dövlət Universitetinin Fəxri professoru diplomunu və mantiyasını spiker Sahibə Qafarovaya təqdim edib.
    Mərasimdə spiker Sahibə Qafarova Belarus Respublikasının ilk dövlət universiteti, bu ölkənin ali təhsilinin flaqmanı olan belə bir nüfuzlu universitetdə olmaqdan məmnunluğunu və Belarus Dövlət Universitetinin Fəxri professoru adına layiq görüldüyünə görə minnətdarlığını bildirib.
    Tədbirdə Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova çıxış edərək, Milli Məclisin sədri Sahibə Qafarovanı təbrik edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR