AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

22 may Beynəlxalq Biomüxtəliflik günüdür - fotolar

  • + A
  • - A
  • 22-05-2021, 11:01

    22 may Beynəlxalq Biomüxtəliflik günüdür - fotolar

    Planetin bioloji irsinin mühafizəsi sahəsində dünya ölkələrinin əlaqələndirilmiş şəkildə fəaliyyətinin həyata keçirilməsi məqsədilə 1992-ci ildə Keniyanın Nayrobi şəhərində əsası qoyulan Bioloji Müxtəliflik haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikası 2000-ci ildə qoşulub və həmin ildən etibarən hər il 22 may tarixi ölkəmizdə də Beynəlxalq Biomüxtəliflik günü kimi qeyd olunur.

    Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, Konvensiyanın təməl prinsiplərinə uyğun olaraq ölkəmizdə bioloji müxtəlifliyin qorunması ilə bağlı xüsusi mühafizə olunan təbiət ərazilərinin mövcud şəbəkəsi genişləndirilib,
    yeni milli parklar, dövlət təbiət qoruqları yaradılıb, xüsusi mühafizə olunan təbiət ərazilərində mühafizə rejiminin gücləndirilməsi, bu sahədə hüquqi bazanın möhkəmləndirilməsi və mövcud qanunvericiliyin beynəlxalq hüquq normalarına uyğunlaşdırılması istiqamətində müvafiq tədbirlər görülüb.

    “Eyni zamanda, nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin (ceyran, zubr və s.) artırılması istiqamətində onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunaraq populyasiyalarının bərpası həyata keçirilib”.

    A.Səmədova onu da qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə gələcəkdə xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi, o cümlədən yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması da nəzərdə tutulub.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR