AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli parkların ödənişli olması qanunla tənzimlənir - AÇIQLAMA

  • + A
  • - A
  • 28-08-2020, 17:16

    Milli parkların ödənişli olması qanunla tənzimlənir - AÇIQLAMA
    Milli parklar xüsusi mühafizə olunan ərazilərə daxildir. Bütün dünyada olduğu kimi bizdə də milli parklara giriş ödənişlidir.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyib.

    Onun sözlərinə görə, həmin ərazilər ölkəyə gələn turistləri də qəbul etdiyi üçün onlara baxım lazımdır:

    “İnsanlar orada istirahət edirlər. Lakin bu qurumların da özlərini saxlama xərci var. Əslində biz giriş üçün 2 manat ödəməklə təbiətə də töhfə vermiş oluruq. Ölkəmizdə bununla bağlı qanun aktı var. Nazirlər Kabinetinin 114 nömrəli qərarında qeyd olunub ki, hər bir şəxs milli parka daxil olarkən adambaşına iki manat ödəniş etməlidir. Burada xüsusi güzəştlər də var, belə ki, tələbələr və əlillik dərəcəsi olanlar üçün giriş haqlarında 25 faiz güzəşt olunur.

    Bundan başqa milli qəhrəmanlar, şəhid ailələrinin milli parklara girişi tam ödənişsizdir. Məktəblilərin də milli parka daxil olması (hətta ailələri ilə birlikdə) ödənişsizdir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR