AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Gürcüstana 3 helikopter, 15 texnika, 126 nəfər canlı qüvvə göndərib (VİDEO)

  • + A
  • - A
  • 23-08-2017, 09:26

    Azərbaycan Gürcüstana 3 helikopter, 15 texnika, 126 nəfər canlı qüvvə göndərib (VİDEO)













    Artıq iki gündür ki, Gürcüstanın Borjomi-Xaraqulsk qoruğundakı meşə yanğınları davam edir. Təkbaşına yanğınla mübarizə apara bilməyən qonşu ölkənin köməyinə ilk olaraq Azərbaycan yetişib.

    Xezerxeber.az-ın məlumatına görə, küləki hava şəraiti davam etdiyindən yanğınla mübarizə xeyli öətinləşib. Bunun nəzərə alan Azərbaycan Fövqalədə Hallar Nazirliyi hadisə yerinə əlavə qüvvə göndərib. Nazirliyin yaydığı məlumata görə,

    Borjomi-Xaraqul qoruğunda meşə yanğınlarının söndürülməsində iştirak edəcək xilasetmə dəstəsinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 10 yanğınsöndürmə avtomobili və 79 nəfərlik şəxsi heyəti Mülki Müdafiə Qoşunlarının 4 texnikası və 10 nəfərlik şəxsi heyəti cəlb olunub. Bundan əlavə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin 26 xilasedicisi Dövlət Sərhəd Xidmətinin 2 helikopteri ilə hadisə yerinə desant çıxarılması üçün ezam edilib. Ümumilikdə təbii fəlakət zonasına Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin 15 texnikası, o cümlədən 1 helikopteri və 126 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilib. FHN-nin xüsusi hazırlıq keçmiş 26 xilasedicisi Dövlət Sərhəd Xidmətinin 2 helikopteri ilə Gürcüstana çatıb. Qeyd edilən digər texnikalar və canlı qüvvənin mümkün ən qısa müddətdə hadisə yerində olacağı gözlənilir.

    Bundan başqa yanğının qarşısının alınması üçün Türkiyəyə məxsus daha iki helikopter də alovun qarşının alınmasında yaxından iştirak edir. Xüsusi qərargahdan bildirilib ki, ərazidə yaşayan insanların təxliyyəsinə hələlik ehtiyac yoxdur.

    Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ölkə ərazisində davam edən meşə yanğınlarının söndürülməsində göstərdikləri köməyə görə qonşu ölkələrə təşəkkür edib. "Yanğınla mübarizədə Azərbaycandan çox vacib kömək aldıq. Helikopter bütün günü çalışıb, deyən baş nazir buna görə azərbaycana xüsusi minnətdarlığını bildirib.

    Bununla yanaşı, Gürcüstan tərəfi yanğının söndürülməsində Rusiyanın yardımından imtina edib. Baş nazir Rusiyanın köməyinə ehtiyac olmadığını yanğının qarşısının alınması üçün artıq yetərli qüvvə olduğunu bildirib.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR