Bakıda şirkət rəhbəri öldü – İntihar iddiası…
“İrşad Telekom” MMC-nin rəhbəri Hacıyev İrad Ağahüseyn oğlu vəfat edib.
Avropa.info verdiyi məlumata görə, hadisə dünən axşam saatlarında öncə baş verib.
Şirkət rəhbərinin naməlum şəraitdə intihar etdiyi iddia olunur.
Məlumatlara görə, 1978-ci il təvəllüdlü İrad Hacıyevin nəşi hazırda morqdadır və ekspertiza onun ölüm səbəbini araşdırır.