Cümə günü, fevralın 17-də İlham Əliyev Münhen Konfransı çərçivəsində bir sıra görüşlər keçirib. Azadmedia.az xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin saytı məlumat yayıb.
İlham Əliyev bu gün Münhendə Avropa Ravvinləri Konfransının prezidenti Pinças Qoldşmidt, eləcə də İsrailin müdafiə naziri Yoav Qalan ilə görüşüb.
Çarlz Mişel ilə Brüssel sülh prosesi müzakirə edildi
İlham Əliyev bu gün Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə görüşüb. Görüşdə tərəflər Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması kursunu, sülh müqaviləsi üzrə danışıqları və Brüssel sülh prosesini müzakirə ediblər.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Brüssel sülh prosesini dəstəkləyir.
Mişel bəyan edib ki, Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqlarda, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi istiqamətində səylərini davam etdirəcək.
Söhbət zamanı Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.