Bir neçə ildir ki, bəzi media qurumlarının əməkdaşları yayımladıqları yazılarında, ayrı-ayrı sosial şəbəkə istifadəçiləri öz paylaşımlarında və s. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Eynallı Nazim Hüseyn oğlunun ünvanına səsləndirilən əsassız ittihamları, şər-böhtanları və s. yayımlamaqla məşğul olurlar. Amma, nə dərdi-bəladırsa həmin şəxslər Nazim Eynallının peşəkar idarəçiliyindən, iş bacarığından, xeyirxah əməllərindən bəhs etməyi, sanki dilə gətirmək istəmirlər. Bu da onu söyləməyə əsas verir ki, bu MMC-nin direktoruna qarşı qərəzçilik nümayiş etdirənlər, məhz kimlərinsə sifarişlərini yerinə yetirməklə muzdlu nökərə çevrilmiş olurlar. Həmin şəxslərdən fərqli olaraq tərəfimizdən Nazim Eynallının fəaliyyəti ilə apardığımız araşdırmalar zamanı bəlli oldu ki, bu şəxs 44 günlük Vətən müharibəsi dövründə və antiterror əməliyatı zamanı şəhid olan şəxslərin ailələrini, həmçinin qaziləri heç zaman yaddan çıxarmır, daim onlara qarşı diqqət və qayğısını göstərir. Məsələn, adicə bir faktı qeyd edək ki, 2021-2024-cü illər ərzində Nazim Eynallının direktoru olduğu 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC tərəfindən, Şamaxı və Qobustan rayonları ərazisində yaşayan şəhid ailələrinin və qazilərin yaşadıqları kəndlərdə, qəsəbələrdə, küçələrdə, məhəllələrdə yollar qaydaya salınmış, küçə və döngələrə asfalt örtüyü vurulmuşdur. Qeyd edək ki, belə bir işlər Şamaxı rayonu üzrə 43 nəfər şəhid ailəsinin və qazilərin yaşadıqları kəndlərdə, qəsəbələrdə, küçələrdə, məhəllələrdə, Qobustan rayonu üzrə isə 14 kənddə, küçədə və şəhər ərazisində həyata keçirilmişdir ki, bu da həmin şəxslərin rahatlıqlarının təmin olunması deməkdir.
Unutmaq olmaz ki, bu gün də 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC tərəfindən oxşar addımlar atılmaqda davam etdirilir. Məsələn, 30 sentyabr 2024-cü il tarixdə Şamaxı rayonu, Mirikənd kənd sakini, İkinci Qarabağ müharibəsi şəhidi Beydiyev Nazim Eynulla oğlunun yaşadığı evin qarşısındakı küçəyə asfalt örtüyü vurulur. Bu da onu göstərir ki, bu MMC-nin rəhbərliyi hər zaman hər bir şəhidin adını və ölməz ruhunu daim uca tutur. Qeyd olunan ünvanda görülən işlərə görə, şəhidin anası ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoruna dərin təşəkkürlərini çatdırmağı da unutmur.
Bəli, bütün bunlar onu göstərir ki, Nazim Eynallı hər zaman qəlbində vətən sevgisi, xalqına bağlılıq duyğusu gəzdirən ləyaqətli vətən oğludur. Çünki, bu şəxs öz əməli və atdığı addımları ilə, məhz özünün hansı əməl və amal sahibi olduğunu tam şəkildə sübuta yetirir. Təəssüflər olsun ki, son vaxtlar bəzi “ağzıgöyçəklər” bu şəxs barəsində orda-burda olmazın şər-böhtanları danışıb, 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktorunu hansısa formada ləkələmək istəyirlər. Amma, həmin şəxslər unudurlar ki, onlar bu cür çirkin oyunları ilə heç də uzağa gedə bilməyəcəklər. Çünki, Nazim Eynallı parlaq keçmişə sahib olan, xalqını və dövlətini sevən rəhbər şəxsdir.