AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADU-nun Xarici ölkələr ədəbiyyatı kafedrası Bakı Ekspo Mərkəzində təqdimat keçirdi

  • + A
  • - A
  • Bu gün, 00:41

    ADU-nun Xarici ölkələr ədəbiyyatı kafedrası Bakı Ekspo Mərkəzində təqdimat keçirdi

    Bakı Ekspo Mərkəzində keçirilən Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində ADU-nun Xarici ölkələr ədəbiyyatı kafedrasının “Qardaşım ağaclar, bacım çiçəklər: müasir ədəbiyyatda təbiət” adlı təqdimatı keçirilmişdir.

    Təqdimatın moderatoru kafedranın müdiri, professor Aynur Sabitova mövzunun aktuallığı ilə bağlı çıxış etmişdir. Daha sonra kafedranın dosentləri Ülviyyə Əliyeva ədəbiyyatda təbiət mövzusu, Gilə Hüseynli bədii əsərlərdə ekoloji problemlərin əksi və kafedranın müəllimi Qismət Rüstəmov ekotənqid haqqında çıxış etmişlər. Təqdimatda Azərbaycan Dillər Universitetinin müəllim və magistrları iştirak etmiş və mövzu sual-cavab sessiyasi ilə davam etmişdir.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR