Oktyabrın 29-da Zaqatala rayonunda "Əsgər Ailəsi Cəmiyəti" VTİB, Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə dəyirmi masada tədbir keçirilib. QHT.az xəbər verir ki, tədbiri Zaqatala rayon İcra hakimiyyəti "müharibə veteranları və şəhid ailələri ilə iş" şöbəsinin əməkdaşıTuran Əsgərov açdıqdan sonra, Azərbaycan Dövlət himni səslənib, şəhidlərin ruhu yad edilib.
Tədbirdə Zaqatala rayon müharibə veteranları, Qarabağ əlilləri, şəhid ailələri, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri iştirak edirdilər. Çıxış edən təşkilat sədri, müharibə veteranı Roza Əliqızı tədbirin məqsədini açıqlayaraq bildirib ki, müharibədə canını fəda edən veteranlarımızı tanıtdırmaq, onlara sayğı göstərmək hər kəsin borcudu və gənclər arasında belə görüşlərin tez-tez keçirilməsi çox vacibdir.
Tədbirdə şəhid anaları qazilərimiz və qonaqlar çıxış edərək belə görüşlərin əhəmiyətindən danışdılar. Dəyirm masa ətrafında keçirilən tədbir vətənpərvərlik ruhinda başa çatıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.