Balakən Rayonu Mədəniyyət Evində müharibə veteranları ilə görüş keçirilib. Görüş "Əsgər Ailəsi Cəmiyyəti" Vətəndaş Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil edilib.QHT.az xəbər verir ki, görüşün əsas məqsədi müharibə veteranlarını ictimaiyyət arasında tanıtmaq və onlara dəstək olmaqdır. Elə bunu layihənin adından görmək olur: "Müharibə Veteranlarını Tanıyaq, Tanıtdıraq", - deyən təşkilat rəhbəri Roza Əliqızı, bu layihənin Respublika gəncləri arasında təbliğ edilməsinin vacib olduğunu qeyd edib.
Görüşdə Balakən rayonundan 1992-ci ildən və 44 günlük müharibədən iştirak edən və ağır yaralanan müharibə veteranları iştirak edirdilər. Diskussiya ətrafında keçirilən bu görüşdə müharibə veteranları cəmiyyətdə, eyni zamanda rayon məmurlarının onlara qarşı biganəlik etdiklərini dilə gətiriblər.
Görüşün sonunda müharibə veteranları "Əsgər Ailəsi Cəmiyyəti" Vətəndaş Təşkilatına müraciət ünvanlayaraq bu müraciətin ictimailəşdirilməsini istəmişlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.