AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu gün tanınmış pianoçu, Əməkdar incəsənət xadimi Gülarə Əliyevanın anadan olmasının 91 ili tamam olur

  • + A
  • - A
  • Bu gün, 15:48

    Bu gün tanınmış pianoçu, Əməkdar incəsənət xadimi Gülarə Əliyevanın anadan olmasının 91 ili tamam olur

    Gülarə Əliyeva 17 noyabr 1933-cü ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) təhsil alıb. O, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrində, eləcə də Əhsən Dadaşov adına Xalq Çalğı Alətləri Ansamblında çalışıb. Gülarə Əliyeva 1968-ci ildə klassik və xalq çalğı alətlərinin sintezindən ibarət “Dan ulduzu” ansamblını yaradıb və ömrünün sonuna kimi, 23 il bu ansambla rəhbərlik edib. Bəstəkar kimi də fəaliyyət göstərən Gülarə Əliyeva eyniadlı muğamlar əsasında “Şüştər” rapsodiyası, “Humayun” süitası, “Bayatı-kürd”, “Şur” fantaziyalarını yazıb. “Dan ulduzu” ansamblı ilə Əlcəzair, Suriya, Livan, Anqola, İtaliya, Bolqarıstan, Efiopiya, İsveçrə, Hindistan, Finlandiya və digər ölkələrdə çıxış edib, musiqi mədəniyyətimizin təbliğatçısı olub. Gülarə Əliyeva M.Əliyev adına İncəsənət İnstitutunun Musiqi nəzəriyyəsi kafedrasının müdiri, o cümlədən institutun Elmi şurasının üzvü kimi də fəaliyyət göstərib.
    Əməkdar incəsənət xadimi Gülarə Əliyeva 1991-ci ildə vəfat edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR