Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun baçısı oğlu Murad Əsgər oğlu Ağayevi özünə köməkçi təyin etməsi haqqında yalan, qaralama kimi məlumatların araşdırılması və təkzibi üçün internetin kəşfindən öncə bir neçə gün, bəzən bir neçə həftə vaxt tələb edirdi. İnternet isə yalanların ömrünü bir neçə dəqiqəlik edib.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun baçısı oğlu Murad Əsgər oğlu Ağayevi özünə köməkçi təyin etməsi haqqında məlumatın nə qədər gerçək olduğunu bilmək istəyən şəxs internetdə Beyləqan Rayon İcra Hakimiyyətinin rəsmi saytına daxil olaraq “Aparatın strukturu” başlıqlı bölməni açır. Həmin bölmədə İcra Başçısının köməkçisinin adı, soyadı və atasının adı, əlaqə üçün telefon nömrəsi də göstərilib. Saytdakı məlumata görə , Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının köməkçisi Əsgərli Hikmət Malik oğlu adlı şəxsdir. Araşdırma zamanı əldə etdiyimiz məlumata görə, Əsgərli Hikmət Malik oğlu bu vəzifəyə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 27.01.2023-cü il tarixli 11 nömrəli əmri ilə təyin olunub. Əziz Əzizov isə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə Prezident İlham Əliyevin 08 iyul 2024-cü il tarixli Sərəncamı təyin olunub. Yəni, Əziz Əzizov nəinki bacısı oğlunu özünə köməkçi təyin etməyib, hətta hazırda icra başçısının köməkçi olan Hikmət Əsgərli keçmiş icra başçısının vaxtında bu vəzifəyə təyin olunub.
Yuxarıda qeyd elədiyimiz kimi, bunları araşdırmaq üçün və həqiqəti üzə çıxarmaq üçün bir neçə dəqiqəlik vaxt kifayətdir. Bütün bunları heç şübhəsiz ki, bu yalan və qaralama xarakteri daşıyan məlumatları yayanlar da bilir. Ancaq onlar onu da bilirlər ki, internet həm də məlumatların sürətlə yayılmasına imkan verir. Bu zaman isə “palçığı at, yapışmasa da izi qalacaq” məntiqindən çıxış edirlər. Çünki oxucular bir qayda olaraq təkzib xarakterli yazıları oxumurlar.
Əziz Əzizova qarşı qaralama kampaniyasının haradan qaynaqlandığı isə maraqlı məsələdir. Prezident İlham Əliyevin bir neçə dəfə etimad göstərərək Cəlilabad, Yasamal, Suraxanı və ən son olaraq Beyləqan rayonuna icra başçısı təyin etdiyi Əziz Əzizova qarşı qaralama kampaniyası təsadüfi ola bilməz. Kadrların seçimində son dərəcə diqqətli olan Prezident İlham Əliyev Əziz Əzizova bir neçə etimad göstərməsi bu şəxsin işguzarlığından və idarəçilik bacarığından xəbər verir. Ancaq görünür bəziləri hələ də yalan və qaralama kampaniyası ilə Əziz Əzizovun fəaliyyətinin üzərinə kölgə sala biləcəklərini düşünürlər. Bu bədnam əməl isə Əziz Əzizovun Beyləqanda apadığı abadlıq-quruculuq islərinə kölgə salmaq istəyənlər və yaxud da öz mənfəətlərini təmin edə bilməyənlərə maraqlı ola bilər. Belələrini ifşa etmək üçün isə araşdırma aparmağa dəyər.
Arzuman Loğmanoğlu
Sozcu.info
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.