Sumqayıt şəhərində Azərbaycan Gəncləri Günü münasibətilə “Gənclər Paytaxtı 2025”in açılış mərasimi keçirilib. Mərasimdə Gənclər və idman naziri Fərid Qayıbov Prezident İlham Əliyevin sərəncamı ilə mükafata layiq görülmüş gənclərə mükafatları təqdim edib.
Azərbaycan Turizm və Menecment Universitetindən Azadmedia.az-a verilən məlumata görə, tədbirdə həmçinin Gənclər və İdman Nazirliyinin təsis etdiyi “İlin Gənci” mükafatları da gənclərə təqdim olunub. Mükafat alan gənclər sırasında Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) rəhbəri Samir Abdullayev də var. S.Abdullayev tələbələrlə iş sektoru və beynəlxalq layihələrdə aktiv fəaliyyətinə görə “İlin Gənci” mükafatına layiq görülüb.
Samir Abdullayevi təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.