AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəkiyə 33 sm qar yağıb - Faktiki hava

  • + A
  • - A
  • Bu gün, 12:08

    Şəkiyə 33 sm qar yağıb - Faktiki hava


    Azərbaycanda noyabrın 10-u saat 11:00-a olan məlumata görə, yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala), Şahdağda 28, Lazada (Qusar) 24, Xınalıqda 23, Kəlvəzdə (Lerik) 10, Şahbuzda 8, Gədəbəydə 6, Xaltan, Altıağacda 3 sm-dir.

    Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı Pirallahıda 31, Maştağada 16, Binədə 12, Bakıda 11, Sumqayıtda 3 mm-dir.

    Respublikanın rayonlarında düşən yağıntının miqdarı Göyçayda 26, Oğuzda 21, Qubada 15, Qəbələdə 12, Astarada 8, Yardımlıda 6, Şamaxı, Neftçala, Lənkəran, İsmayıllı, İmişli, Biləsuvar, Balakən, Kürdəmir, Sabirabad, Beyləqan, Ordubad, Qobustan, Mingəçevir, Zərdab, Xaçmaz, Şabranda 1-5 mm-dir.

    Noyabrın 9-u Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti 26 m/s-dək güclənib.

    Şahbuz, Ordubad, Göyçay, Zərdab, Kişçay (Şəki), Şamaxı, Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR