Bakı Gənclər Mərkəzinin 5 illik yubileyinə həsr olunmuş möhtəşəm tədbir təntənəli şəkildə qeyd olundu. Tədbir şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükutla və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Rəsmi hissədə Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva açılış nitqi ilə çıxış etdi. O, Mərkəzin 5 il ərzində həyata keçirdiyi layihələr, qazandığı uğurlar və gələcək hədəflər barədə geniş məlumat verdi. Bununla yanaşı, Bakı Gənclər Mərkəzinin fəaliyyətini əks etdirən “Biz Gəncliyin Mənbəyiyik” Jurnalı təqdim olundu.
Tədbirin bədii hissəsi isə gənclərin böyük həvəslə hazırladığı musiqi və rəqs səhnələri ilə yadda qaldı. Bununla yanaşı, Bakı Gənclər Mərkəzinin əməkdaşlarının ifasında səsləndirilən “Yubiley sədası” xüsusi maraq doğurdu.
Tədbirdə xüsusi qonaqlar arasında şəhid ailələri, qazilər, millət vəkilləri, gənclər və idman nazirliyinin gənclərlə iş şöbəsinin müdiri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, rəsmilər, həmçinin elm, mədəniyyət xadimləri iştirak etdilər.
Həmçinin, tədbirdə xüsusi qonaqlar arasında iştirak edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tərəfindən Akademiya adından Mərkəzin yubileyi münasibətilə xatirə hədiyyə təqdim olundu.
Tədbirdə çıxış edən ifaçılar arasında Azərbaycan Respublikasının Xalq Artisti Gülyaz Məmmədova, Əməkdar Artist Gülüstan Əliyeva eyni zamanda İlkin Dövlətov, eləcə də Gasim Xəlilov, Rasim Səfər və Ayna Band qrupu iştirak edərək gözəl ifaları ilə tədbirə rəng qatdılar.
Bu yubiley tədbiri Bakı Gənclər Mərkəzinin gənclərə dəstək və cəmiyyətin inkişafına töhfə məqsədilə fəaliyyətini daha da möhkəmləndirəcəyini bir daha nümayiş etdirdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.