AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ATMU Qarabağ Universiteti ilə əməkdaşlıq edəcək

  • + A
  • - A
  • Bu gün, 14:13

    ATMU Qarabağ Universiteti ilə əməkdaşlıq edəcək

    Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Qarabağ Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.

    ATMU-dan Azadmedia.az-a verilən xəbərə görə, nümayəndə heyətinin tərkibi Qarabağ Universitetinin rektor müşaviri Hamiz Mahmudov, universitetin dekanı Ceyhun Məmmədov və Ankara Hacı Bayram Vəli Universitetindən Qarabağ Universitetinə qonaq professorlar qismində dəvət olunmuş Evrən Güçər və Metexan Tolondan ibarət olub.

    ATMU-nun rektoru İlham Mədətov qonaqları rəhbərlik etdiyi ali təhsil müəssisəsində salamlamaqdan məmnunluğunu bildirib. Rektor universitetin yaranma tarixi, tədris sisteminin təşkili, təhsil proqramları, beynəlxalq əlaqələrin inkişaf tendensiyası və digər məsələlər haqqında ətraflı məlumat verib və ATMU olaraq Qarabağ Universiteti ilə akademik əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduqlarını vurğulayıb.

    Daha sonra Qarabağ Universitetinin rektor müşaviri Hamiz Mahmudov çıxış edərək Qarabağ Universitetində görülən işlər və qarşıdakı planlar haqqında məlumat verib. Görüşdə Xankəndi şəhərində Ankara Hacı Bayram Vəli Universiteti və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə keçirilməsi planlaşdırılan 6-cı Beynəlxalq Səyahət və Turizm Dinamikası Konfransına dair məsələlər də müzakirə edilib. Qarabağ Universiteti və Ankara Hacı Bayram Veli Universitetinin birgə təklifi ilə ATMU bu konfransın təşkilində tərəfdaş universitet kimi iştirak edəcəkdir.

    Konfransın əsas mövzusu turizmin mərkəzində dayanan “Mədəni irs” olaraq müəyyən edilib. Məqsəd mədəni irsin qorunması, yenidən şərh edilməsi və davamlılıq çərçivəsində turizm vasitəsilə necə transformasiya olunduğunu müzakirə etməkdir.

    Qeyd olunub ki, dünyanın müxtəlif ölkələrindən aidiyyəti mütəxəssislər, akademik heyət üzvləri, tədqiqatçılar, sektor nümayəndələri və tələbələr bu unikal platformada bir araya gələrək bilik mübadiləsi və əməkdaşlıq imkanlarını dəyərləndirəcəklər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR