AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş Qərargah rəisi: İran Silahlı Qüvvələri istənilən təhdidə cavab verməyə hazırdır

  • + A
  • - A
  • Dünən, 19:03

    Baş Qərargah rəisi: İran Silahlı Qüvvələri istənilən təhdidə cavab verməyə hazırdır


    İran Silahlı Qüvvələri istənilən xarici təhdidə cavab verməyə hazırdır.

    İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Mohammad Baqeri İsrail və ABŞ-nin İran ərazisinə zərbə endirməsi mümkünlüyünə Tehranın reaksiyası barədə suala belə cavab verib.

    Bu mövzunun ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında son danışıqlarda müzakirə edildiyi ehtimal olunur.

    "Silahlı Qüvvələr hər zaman olduğundan daha yaxşı vəziyyətdədir və istənilən təhdidə cavab verməyə hazırdır", - İran Müdafiə Nazirliyinin mətbuat xidməti generalın sözlərini sitat gətirib.

    Fevralın 4-də Tramp İrana qarşı ABŞ-nin maksimum təzyiqinin bərpası haqqında fərman imzalayıb. Sənəd Vaşinqtonun İran neftinin ixracının azaldılmasına yönəlmiş səyləri gücləndirməsini də nəzərdə tutur. Eyni zamanda Tramp İran Prezidenti Məsud Pezeşkianla görüşün keçirilməsi mümkünlüyünü istisna etməyib və Tehranla "əla sövdələşmə" bağlamaq istədiyini bildirib. Tramp bu sərəncamı Ağ Evdə Netanyahu ilə görüşündən əvvəl imzalayıb.

    "Axios" portalının məlumatına görə, Netanyahu Trampı İranın yerin dərinliyində yerləşən nüvə obyektlərini məhv edə biləcək silahları İsrailə verməyə razı salmaq istəyib. İsrail rəhbərliyi uzun müddətdir ki, onları öz ölkəsi üçün ekzistensial təhdid adlandırır. Tehran isə bildirir ki, İranın nüvə proqramı yalnız dinc xarakterlidir və nüvə silahının yaradılması ali rəhbərin fərmanı ilə qadağan edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR