AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət Əmək Müfəttişliyi Xidməti Böyük Britaniyada keçirilən müsabiqədə 2 mükafata layiq görülüb

  • + A
  • - A
  • Bu gün, 17:48

    Dövlət Əmək Müfəttişliyi Xidməti Böyük Britaniyada keçirilən müsabiqədə 2 mükafata layiq görülüb


    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Böyük Britaniyanın “Global Financial Market Review (GFM)” beynəlxalq jurnalının “Global Financial Market Review – Awards 2025” müsabiqəsində uğur qazanıb.

    Müsabiqəyə Xidmətin son bir ildəki fəaliyyəti və “Əmək və Məşğulluq” altsistemi ilə bağlı məlumatlar təqdim edilib. Münsiflər heyəti qurumun fəaliyyət sahələrində aparılan islahatları, habelə elektron həllərin tətbiqi ilə bağlı son illər əldə etdiyi uğurlu təcrübəni yüksək dəyərləndirib.

    Beləliklə, Dövlət Əmək Müfəttişliyi Xidməti “İlin Rəqəmsal İnnovasiyası” və “İlin Ən Yaxşı Texnoloji Həllər Tənzimləyicisi” nominasiyaları üzrə mükafatlara layiq görülüb. (https://www.gfmreview.com/awards_winners)

    Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Birləşmiş Krallıq, Fransa, İtaliya, Almaniya, Türkiyə və digər 100-ə yaxın ölkədən maliyyə-kredit, bank, pensiya, sığorta və investisiya qurumları, regional və beynəlxalq maliyyə korporasiyaları iştirak edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR