Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azadmedia.az-a verilən məlumata görə, yaranan problemlər qurumun əməkdaşları tərəfindən aradan qaldırılır. Belə ki, 4 saylı Magistral avtomobil yollarının istismarı MMC-nin rəisi Mübariz Paşayev Bakı Şamaxı yolunun qardan təmizlənməsi prosesini izləmək üçün əraziyə gəlib. Onun kollektivi kollektivi yollarda təhlükəsizliyin təmin olunmasında yaxın iştirak edib. Qartəmizləyən maşınlar vasitəsilə Bakı Şamaxı Yevlax avtomobil yolunun 87-95-ci hissəsində səhər saat 05:30-da -2 dərəcədə şaxtada avtomobillərin hərəkəti təhlükəsiz formada bərpa olunub. Qarkürüyən maşınlar vasitəsilə yollar buzdan təmizlənib. Yollara qum və duz tökülüb.Sürücülər həm Azərbaycan Avtomobil Yollarına, həm də 4 saylı Salyan Magistral avtomobil yollarının istismarı MMC-nin rəhbərliyinə yolların buzdan təmizlənməsi və hərəkətin təhlükəsizliyinin təmin edilməsinə görə təşəkkür ediblər.