AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Yaradıcı Sənayelər Narkomaniyaya Qarşı” layihəsi çərçivəsində növbəti tədbir UNEC-in Zaqatala filialında keçirildi

  • + A
  • - A
  • 12-02-2025, 12:45

    “Yaradıcı Sənayelər Narkomaniyaya Qarşı” layihəsi çərçivəsində növbəti tədbir UNEC-in Zaqatala filialında keçirildi

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyi tərəfindən həyata keçirilən “Yaradıcı Sənayelər Narkomaniyaya Qarşı” layihəsinin növbəti tədbiri UNEC-in Zaqatala filialında təşkil olunub. Layihənin rəhbəri Büllur Məmmədovadır. Üç ay müddətində davam edən layihə çərçivəsində ölkənin müxtəlif bölgələrində gənclərə yönəlik maarifləndirici və mədəni tədbirlər keçirilir.

    Tədbirin əsas məqsədi gənclər arasında narkotik vasitələrin yayılmasının qarşısını almaq, onları bu təhlükədən qorumaq və sağlam sosial mühitin formalaşmasına töhfə verməkdir. Görüş zamanı iştirakçılara narkotiklərin insan sağlamlığına və cəmiyyətə vurduğu fiziki, psixoloji və sosial zərərlər barədə ətraflı məlumat verilib. Gənclərə düzgün həyat seçimlərinin əhəmiyyəti, sağlam yaşam tərzinin üstünlükləri və zərərli vərdişlərdən uzaq durmağın yolları izah olunub.

    Tədbirin diqqət çəkən hissələrindən biri yaradıcı sənayelərin gənclərin həyatında oynadığı rolun vurğulanması olub. Bildirilib ki, yaradıcılıq potensialının dəstəklənməsi, yeni bacarıqların inkişafı və gənclərin mədəni fəaliyyətlərə cəlb edilməsi onların şəxsi inkişafına və zərərli vərdişlərdən uzaq qalmasına müsbət təsir göstərir. Bu kontekstdə yaradıcı sənayelərin — musiqi, kino, dizayn, teatr, rəqəmsal incəsənət, ədəbiyyat və digər sahələrin — gənclər üçün həm ifadə azadlığı, həm də peşəkar inkişaf imkanları yaratdığı vurğulanıb.

    Görüş iştirakçılarına bu sahədə mövcud imkanlar, fərdi hobbilərin peşəyə çevrilməsi, yaradıcılığın iqtisadi potensialı və sosial faydaları barədə ətraflı məlumat verilib. Həmçinin, yaradıcı sənayelərin gənclərin məşğulluğuna müsbət təsir etdiyi və onları daha məhsuldar, cəmiyyətə faydalı və fəal vətəndaşlara çevirdiyi qeyd olunub.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR