AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qəhrəman Məmmədovun həbs müddəti 6 aydan azaldıldı

  • + A
  • - A
  • Bu gün, 10:21

    Qəhrəman Məmmədovun həbs müddəti 6 aydan azaldıldı

    İstanbul Hava Limanında 70 kiloqram qızıl külçə ilə saxlanılan polkovnik-leytenant Qəhrəman Məmmədovun apellyasiya şikayəti üzrə qərar verilib.

    Bakı Apellyasiya Məhkəməsi onun bəraət tələbinə müsbət cavab verməyib. Lakin birinci instansiya məhkəməsinin hökmündə dəyişiklik edərək cəzanı yüngülləşdirib.

    Belə ki, Q.Məmmədovun 6 illik həbs cəzası 5 il 6 ayadək azaldılıb.

    Xatırladaq ki, Qəhrəman Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi olub. O, İstanbul Hava Limanında saxlanılarkən üzərində 10 milyon manat dəyərində 70 kiloqram qızıl külçə aşkarlanıb.

    İstintaqla qızılların müxtəlif ölkələr arasında qanunsuz yollarla daşındığı müəyyən edilib. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə yekun ittiham verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR