AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat: “Cəmiyyət zorakılığa qarşı biganə qalmamalıdır”

  • + A
  • - A
  • 5-05-2026, 18:11

    Deputat: “Cəmiyyət zorakılığa qarşı biganə qalmamalıdır”

    Millət vəkili Fazil Mustafa cəmiyyətdə artan zorakılıq hallarına münasibət bildirib. O qeyd edib ki, son dövrlərdə cəhalət və xurafat zəminində baş verən hücumlar, həmçinin müəllimlərə və həkimlərə qarşı zorakılıq halları ciddi narahatlıq doğurur.

    Deputat vurğulayıb ki, ayrı-ayrı şəxslərin törətdiyi bu kimi cinayətlər tək-tək hadisələr kimi görünsə də, ümumilikdə cəmiyyətdə təhlükəli meyillərin formalaşdığını göstərir. Onun sözlərinə görə, “öldürmək, güllələmək, partlatmaq” kimi çağırış və düşüncələrin yayılması gələcək üçün ciddi risklər yaradır.
    Fazil Mustafa bildirib ki, xüsusilə elm, təhsil və səhiyyə sahəsində çalışan insanların hədəfə çevrilməsi cəmiyyət üçün ağır nəticələrə səbəb ola bilər. O qeyd edib ki, millətin savadlı, peşəkar və fədakar insanlarının sayı onsuz da çox deyil və onların itirilməsi ümumi inkişafı zəiflədir.

    Millət vəkili hazırda ağır vəziyyətdə olan tanınmış həkimlə bağlı da danışıb. O, həmin mütəxəssisin həyat uğrunda mübarizə apardığını, vəziyyətinin ciddi olduğunu qeyd edib və onun sağalaraq yenidən ailəsinə və peşəsinə qayıtmasını arzulayıb.

    Deputat sonda cəmiyyətə çağırış edərək bildirib ki, faydalı və peşəkar insanların qorunması, onların əməyinin düzgün qiymətləndirilməsi hər kəsin üzərinə düşən vacib məsuliyyətdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR