Ötən il Almaniyada yaşayan Azərbaycan vətəndaşları Quliyev Məhəmməd və Abdullayeva Gültacın əlindən alınan iki övladı – Dəniz və Araz Abdullayevlər yenidən ailələrinə qaytarılıb.
Bu barədə Gültac Abdullayeva sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, təxminən bir il davam edən məhkəmə prosesi zamanı bütün məsələlər araşdırılıb və uşaqlara qarşı hər hansı zorakılıq faktının olmadığı sübuta yetirilib.
“Məhkəmədə hər şey aydın oldu və uşaqlarımıza qarşı heç bir şiddət olmadığı sübut edildi. Yaşananların böyük bir yanlış anlaşılmadan ibarət olduğu ortaya çıxdı. Şükürlər olsun ki, bu gün balalarımızı yenidən qucağımıza aldıq”, – deyə o qeyd edib.
Qeyd edək ki, hadisə ötən il baş vermiş və ailənin uşaqlarının sosial xidmət orqanları tərəfindən nəzarətə götürülməsi geniş müzakirələrə səbəb olmuşdu.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.