“Mərkəzi Nəbatat Bağı”nda yeni təyinat həyata keçirilib.
Müvafiq əmrlə Gülşən Vəliyeva qurumun İdarə Heyəti sədrinin müavini vəzifəsinə gətirilib.
Gülşən Vəliyeva Azərbaycanın keçmiş hərbi prokuroru, ədliyyə general-leytenantı, hazırda isə Konstitusiya Məhkəməsinin hakimi olan Xanlar Vəliyevin qızıdır.
Qeyd edək ki, “Mərkəzi Nəbatat Bağı” son dövrlər həyata keçirilən yenilənmə və idarəetmə dəyişiklikləri ilə diqqət mərkəzindədir.
Xəbəri Manset.az yayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.