AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

244 nömrəli məktəbin kollektivi Fəxri xiyabanda Ulu Öndərin xatirəsi yad edildi

  • + A
  • - A
  • 9-05-2026, 19:45

    244 nömrəli məktəbin kollektivi Fəxri xiyabanda  Ulu Öndərin xatirəsi yad edildi


    Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Bu əlamətdar tarix münasibətilə respublikamızın müxtəlif bölgələrində silsilə anım tədbirləri keçirilir, Ulu Öndərin zəngin dövlətçilik irsi dərin ehtiramla yad edilir.

    Bu münasibətlə Bakı şəhəri Binəqədi rayonu Əsəd Ələskərov adına 244 nömrəli tam orta məktəbin pedaqoji kollektivi Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət edib. Məktəbin müəllim heyəti və əməkdaşları Azərbaycan xalqının böyük rəhbərinin əziz xatirəsini dərin hörmət və ehtiramla anaraq məzarı önünə gül dəstələri düzüblər.

    Ziyarət zamanı qeyd olunub ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və ölkəmizin beynəlxalq nüfuzunun artırılması istiqamətində misilsiz xidmətlər göstərib. Onun uzaqgörən siyasəti nəticəsində müasir Azərbaycan güclü və müstəqil dövlət kimi inkişaf yoluna qədəm qoyub.

    Pedaqoji kollektiv tərəfindən vurğulanıb ki, Ulu Öndərin elmə, təhsilə və gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə verdiyi xüsusi önəm bu gün də ölkəmizdə uğurla davam etdirilir. Gənc nəslin milli ruhda formalaşdırılması, dövlətə və Vətənə bağlı böyüməsi istiqamətində həyata keçirilən siyasət Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin mühüm tərkib hissəsidir.

    Sonda Ümummilli Liderin əziz xatirəsi bir daha ehtiramla yad olunub, onun Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərinin daim yaşayacağı bildirilib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR