AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Mehriban Vəliyeva “Səssiz Sözlər” layihəsinin “Oxu saatı”nda uşaqlarla görüşüb

  • + A
  • - A
  • 1-05-2026, 21:29

    Deputat Mehriban Vəliyeva “Səssiz Sözlər” layihəsinin “Oxu saatı”nda uşaqlarla görüşüb

    Deputat Mehriban Vəliyeva “Səssiz Sözlər” layihəsinin “Oxu saatı”nda uşaqlarla görüşüb

    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi və “Səssiz Ünsiyyət – Jest Dilinin İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Səssiz Sözlər” – eşitmə və nitq qabiliyyəti məhdud şəxslər üçün mütaliə və mədəniyyət platforması layihəsi çərçivəsində növbəti “Oxu saatı” tədbiri keçirilib.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, 30 aprel 2026-cı il tarixində təşkil olunan tədbir Bakı şəhəri 2 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbi-də baş tutub.

    Tədbirin qonağı Milli Məclisin deputatı Mehriban Vəliyeva olub. Deputat uşaqlara “İlin fəsilləri” adlı nağılı oxuyub və maraqlı söhbət aparıb.

    Tədbirin inklüziv şəkildə keçirilməsi məqsədilə nağıl “Səssiz Ünsiyyət – Jest Dilinin İnkişafına Dəstək” İctimai Birliyinin tərcüməçisi Könül Quliyeva tərəfindən canlı olaraq işarət dilinə tərcümə edilib. Bu, eşitmə və nitq qabiliyyəti məhdud uşaqların nağılın məzmununu tam şəkildə mənimsəməsinə və tədbirdə fəal iştirakına imkan yaradıb.

    Fotolar










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR