Dünyagöz Xəstəxanasına PR və marketinq rəhbəri təyin olunub

Namidə İsayeva əmək fəaliyyətini Dünyagöz Xəstəxanasında PR və marketinq rəhbəri vəzifəsində davam etdirəcəyini açıqlayıb.
O, bu barədə sosial media hesabında paylaşım edib. Namidə İsayeva bildirib ki, yeni fəaliyyət istiqamətində cəmiyyətin göz sağlamlığının qorunması, bu sahədə maarifləndirmə layihələrinin həyata keçirilməsi və keyfiyyətli tibbi xidmətlərin tanıdılması üzrə çalışacaq.
"Göz sağlamlığınız bizə əmanətdir", – deyə o, paylaşımında vurğulayıb.
Qeyd edək ki, Namidə İsayeva bundan sonra Dünyagöz Xəstəxanasının PR və marketinq fəaliyyətinə rəhbərlik edəcək və müəssisənin ictimaiyyətlə əlaqələr, kommunikasiya və marketinq strategiyalarının həyata keçirilməsində iştirak edəcək
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.