Suriyanın Baniyas - Tartus yolunda sərnişin avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 24 nəfər xəsarət alıb.
Azadmedia.az SANA-ya istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Suriyanın Tartus Şəhər Səhiyyə İdarəsinin məlumatına görə, Baniyas Milli Xəstəxanasına 13 zərərçəkən çatdırılıb, onlardan üçünün vəziyyəti kritikdir. Ağır yaralılardan biri əməliyyat olunmaq üçün xəstəxanaya yerləşdirilib, digərlərinə isə lazımi tibbi yardım göstərilib və onlar həkimlərin nəzarəti altındadırlar.
Qeyd olunub ki, hələlik ölənlər barədə məlumat daxil olmayıb. Tibb briqadaları zərərçəkənlərin vəziyyətini izləməyə davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.