Keçmiş icra başçısının müsadirə edilən 261 kvadratmetrlik binası satışda

Goranboyun keçmiş icra başçısı Nizaməddin Quliyevin müsadirə edilmiş qeyri-yaşayış binası satışa çıxarılıb.
Goranboy şəhərinin mərkəzində yerləşən əmlak üçün 143 min manat qiymət müəyyən edilib. 261 kvadratmetr sahəsi olan bina kommersiya fəaliyyəti və digər qeyri-yaşayış məqsədləri üçün istifadəyə hazırdır.
Məlumata görə, əmlakı əldə etmək istəyən şəxs 14 300 manat beh ödəməlidir.
Qeyd edək ki, Nizaməddin Quliyev 2019-cu ildə həbs olunub. Məhkəmə tərəfindən 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilən sabiq icra başçısı 2021-ci ildə cəzaçəkmə müəssisəsində koronavirusdan dünyasını dəyişib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.